- 
Sofiya Səmədli cəmi 3 yaşındadır. O, yaşına baxmayaraq, çox nadir rast gəlinən "Guinelli Barrel" sindromu ilə mübarizə aparır — bu, sinir sisteminə və əzələlərə təsir göstərən, uşağın hərəkət və tənəffüs qabiliyyətini zəiflədən ciddi xəstəlikdir.
 Hazırda Sofiyanın qarşısında fizioterapiya seanslarından ibarət yeni və mühüm müalicə mərhələsi dayanır. Bu proses onun bərpası və müstəqil hərəkət etməsi üçün həyati əhəmiyyət daşıyır.
 Xəstəlik körpə bədəninə ağır sınaqlar gətirsə də, Sofiyanın gözlərində hələ də yaşamaq və sağalmaq ümidi parlayır.
 Onu bu uzun və çətin yolda siz dəstəkləyə bilərsiniz. Hər bir ianə — Sofiyanın sağlam gələcəyinə atılan bir addımdır.
 Gəlin, birlikdə bu körpəyə ümid bəxş edək.
 Sofiya Səmədlinin müalicəsinə ianə edin.
 
 
                